Qanunlar


Nyutonun I qanununun ifadəsi belədir: elə hesablama sistemləri var ki, bu sistemlərə nəzərən hərəkətdə olan cismə başqa cisimlər təsir etmirsə, (və ya başqa cisimlərin təsiri bir-birini kompensasiya edirsə)  onda o cisim öz sürətini sabit saxlayır.

Nyutonun I qanununun ödəndiyi hesablama sisteminə inersial hesablama sistemi deyilir. Bir inersial hesablama sisteminə nəzərən düzxətli bərabərsürətli (təcilsiz) hərəkət edən istənilən başqa hesablama sistemi də inersial hesablama sistemidir.

Nyutonun II qanununun ifadəsi belədir: Cismə təsir edən qüvvələrin əvəzləyicisi cismin kütləsinin bu qüvvələrin cismə verdiyi təcillə hasilinə bərabərdir:
                                           Fəv = m×a

Nyutonun III qanununun ifadəsi belədir: Cisimlər modulca bərabər, istiqamətcə əks olan qüvvələrlə bir-birinə təsir edir:
                                             F1,2 = -F2,1

Ümumdünya cazibə qanununun ifadəsi belədir: cisimlər bir-birinə, modulu onların kütlələri hasili ilə düz, onların arasındakı məsafənin kvadratı ilə tərs mütənasib olan qüvvə ilə cəzb olunur:
                                           Fcaz=G×m1m2/r2

İxtiyari iki cismin arasında təsir edən qarşılıqlı cəzb qüvvələri ümumdünya cazibə qüvvəsi və ya qravitasiya qüvvəsi adlanır.

Qravitasiya sabiti ədədi qiymətcə, aralarındakı məsafə 1 m. olduqda, hər birinin kütləsi 1kq. olan iki cismin arasındakı cazibə qüvvəsinə bərabərdir.

Lingdə qüvvələrin tarazlıq şərti belədir: lingin qollarına təsir edən qüvvələrin qiymətləri qolların uzunluqları ilə tərs mütənasib olarsa, ling tarazlıqda olar:
                                           F2/F1=l1/l2

Tərpənməz dayaq ətrafında fırlana bilən bərk cismə ling deyilir.

Bütün mexanizmlərə tətbiq olunan mexanikanın qızıl qaydası belədir: qüvvədə neçə dəfə qazanılırsa, məsafədə o qədər dəfə itirilir.

İmpulsun saxlanması qanununun ifadəsi belədir: qapalı sistem təşkil edən cisimlərin impulslarının həndəsi (vektorial) cəmi bu cisimlərin istənilən hərəkətlərində və istənilən qarşılıqlı təsirində sabit qalır.

Tam mexaniki enerjinin saxlanması qanununun ifadəsi belədir: ağırlıq qüvvəsi və yaxud elastiklik qüvvəsi ilə qarşılıqlı təsirdə olan cisimlərin qapalı sisteminin tam mexaniki enerjisi, sistemin cisimlərinin istənilən hərəkətlərində sabit qalır:
                                       Ep1 + Ek1 = Ep2 + Ek2

Bernulli qanununun ifadəsi belədir: borudan axan mayenin təzyiqi, onun hərəkət sürətinin kiçik olduğu boru hissələrində çox və əksinə, sürətin böyük olduğu hissələrdə isə az olur.

Paskal qanununun ifadəsi belədir: qazın və ya mayenin üzərinə düşən təzyiq, dəyişmədən qazın və ya mayenin hər bir nöqtəsinə verilir.

Eyni mayelər olduqda birləşmiş qablar qanununun ifadəsi belədir: istənilən formalı birləşmiş qablarda bircins mayenin səthi eyni səviyyədə olur.

Müxtəlif mayelər olduqda birləşmiş qablar qanununun ifadəsi belədir: birləşmiş qablarda sıxlığı böyük olan maye sütununun hündürlüyü sıxlığı kiçik olan maye sütununun hündürlüyündən kiçik olur:  
                                              h1/h2=r2/r1

Hidravlik presdə qüvvələrin tarazlıq şərti belədir: böyük porşenin sahəsi kiçik porşenin sahəsindən neçə dəfə böyükdürsə, böyük porşenə təsir edən qüvvə kiçik porşenə təsir edən qüvvədən o qədər dəfə böyükdür:
                                           F2/F1 = S2/S1

Presləmək (sıxmaq) üçün işlədilən hidravlik maşına hidravlik pres deyilir.

Molekulyar-kinetik nəzəriyyə 3 müddəadan ibarətdir:
1.     maddə zərrəciklərdən təşkil olunmuşdur;
2.     bu zərrəciklər nizamsız hərəkət edir;
3.     zərrəciklər bir-biri ilə qarşılıqlı təsirdədir.

Bütün cisimlərin nizamsız hərəkət edən ayrı-ayrı zərrəciklərdən təşkil olunması təsəvvürü əsasında makroskopik cisimlərin xassələrini və onlarda gedən istilik proseslərini izah edən nəzəriyyə molekulyar-kinetik nəzəriyyə adlanır.

Avaqadro qanununun ifadəsi belədir: eyni temperatur və təzyiqdə müxtəlif qazların bərabər həcmində olan molekulların sayı eynidir.

Boyl-Mariot qanununun ifadəsi belədir: verilmiş qaz kütləsinin temperaturu dəyişmirsə, onun təzyiqinin həcminə hasili sabit qalır:
                                                 PV=const.
Gey-Lüssak qanununun ifadəsi belədir: verilmiş qaz kütləsinin təzyiqi dəyişmirsə, onun həcminin mütləq temperatura nisbəti sabit qalır:
                                                 V/T=const.

Şarl qanununun ifadəsi belədir: verilmiş qaz kütləsinin həcmi dəyişmirsə, onun təzyiqinin mütləq temperaturuna nisbəti sabit qalır:
                                                  P/T=const.

Huk qanununun ifadəsi belədir: kiçik deformasiyada s gərginliyi  e  nisbi uzanma ilə düz mütənasibdir:           
                                                   s=E×êe ê

Enerjinin saxlanması qanununun ifadəsi belədir: enerji təbiətdə heçdən yaranmır və itmir; enerjinin miqdarı dəyişməzdir, o yalnız bir şəkildən başqasına keçir.

İstilik hadisəsi də əhatə olunmaqla enerjinin saxlanma və çevrilmə qanunu termodinamikanın birinci qanunu adlanır.

Termodinamikanın birinci qanununun ifadəsi belədir: sistem bir haldan başqa hala keçdikdə onun daxili enerjisinin dəyişməsi xarici qüvvələrin işi ilə ona verilən istilik miqdarının cəminə bərabərdir:
                                                    DU=A+Q

Termodinamikanın birinci qanununu belə də ifadə etmək olar: sistemə verilən istilik miqdarı onun daxili enerjisinin dəyişməsinə və sistemin xarici cisimlər üzərində gördüyü işə sərf olunur:
                                                   Q = DU + A¢

Enerjinin mümkün olan çevrilmələrinin istiqamətini göstərən və bununla da təbiətdə gedən proseslərin dönməz olduğunu ifadə edən qanun termodinamikanın ikinci qanunu adlanır.

Termodinamikanın ikinci qanununun ifadəsi belədir: sistemlərin özündə və ya ətrafdakı cisimlərdə eyni zamanda başqa dəyişikliklər  olmadan istiliyi nisbətən soyuq sistemdən daha isti sistemə keçirmək olmaz.

Elektrik yükünün saxlanması qanununun ifadəsi belədir: qapalı sistemdə bütün zərrəciklərin yüklərinin cəbri cəmi sabit qalır:
                                  q+ q2  +  ...  + q=const.

Kulon qanununun ifadəsi belədir: sükunətdə olan yüklü iki nöqtəvi cismin vakuumda qarşılıqlı təsir qüvvəsi onların yüklərinin modulları hasili ilə düz, aralarındakı məsafənin kvadratı ilə tərs mütənasibdir:     
                                    F=k×½q1½×½ q2½ /r2

Superpozisiya prinsipinin ifadəsi belədir: müxtəlif yüklü zərrəciklərin yaratdığı elektrik sahəsinin müəyyən nöqtədə yekun intensivliyi zərrəciklərin həmin nöqtədə yaratdığı ayrı-ayrı intensivliklərin vektorial (həndəsi) cəminə bərabərdir:
                                      E = E1 + E2 + E3 + ...

Dövrə hissəsi üçün Om qanununun ifadəsi belədir: dövrə hissəsindən axan cərəyanın şiddəti həmin hissənin uclarındakı gərginliklə düz mütənasibdir:
                                               I = U/R

Coul-Lens qanununun ifadəsi belədir: cərəyanlı naqildə ayrılan istilik miqdarı cərəyan şiddətinin kvadratı, naqilin müqaviməti və cərəyanın keçməsi üçün sərf olunan zamanın hasilinə bərabərdir:
                                               Q = I2 ×R×t

Tam dövrə üçün Om qanununun ifadəsi belədir: tam dövrədə cərəyan şiddəti həmin dövrənin elektrik hərəkət qüvvəsi ilə düz mütənasibdir:
                                                I = e/R+r

Amper qüvvəsinin qiymətini təyin edən Amper qanununun ifadəsi belədir: Amper qüvvəsi maqnit induksiya vektorunun modulunun cərəyan şiddətinə, naqil parçasının uzunluğuna və bu parça ilə maqnit induksiyası vektoru arasında qalan bucağın sinusu hasilinə bərabərdir:
                                              FA=B×I× Dl×sina

Maqnit sahəsi tərəfindən cərəyanlı naqilə təsir edən qüvvə Amper qüvvəsi adlanır.

Faradeyin elektroliz qanununun ifadəsi belədir: Elektrolitdən elektirk cərəyanı keçən Dt zaman ərzində elektrodda ayrılan maddənin kütləsi, zaman və cərəyan şiddəti ilə düz mütənasibdir:  
                                                 m=k×J×Dt

İşığın düzxətli yayılması qanunu belədir: bircins mühitdə işıq düz xətt boyunca yayılır.

İşığın qayıtma qanunu 2 müddəadan ibarətdir:
1.     Düşən şüa, qayıdan şüa və düşmə nöqtəsindən iki mühiti ayıran sərhədə çəkilmiş perpendikulyar bir müstəvi üzərindədir.
2.     Qayıtma bucağı düşmə bucağına bərabərdir.

İşığın sınma qanunu iki müddəadan ibarətdir:
1.     Düşən şüa, sınan şüa və düşmə nöqtəsindən iki mühiti ayıran sərhədə çəkilmiş perpendikulyar bir müstəvi üzərindədir.
2.     Düşmə bucağının sinusunun sınma bucağının sinusuna olan nisbəti iki mühit sərhədi üçün sabit olub, ikinci mühitin birinci mühitə nisbətən sındırma əmsalı adlanır:
                             sina/sinb=n2,1=n2/n1=u1/u2

Eynşteynin xüsusi nisbilik nəzəriyyəsinin I postulatı (Eynşteynin nisbilik prinsipi) belədir: təbiət hadisələrinin hamısı bütün inersial hesablama sistemlərində eyni tərzdə gedir.

Eynşteynin xüsusi nisbilik nəzəriyyəsinin II postulatı belədir: işığın vakuumdakı sürəti bütün hesablama sistemləri üçün eyni olub, mənbəyin sürətindən və işıq siqnalını qəbul edən qəbuledicinin sürətindən asılı deyildir.

Plank hipotezi belədir: atomlar elektromaqnit enerjisini ayrı-ayrı porsiyalar-kvantlar şəklində şüalandırır və udur.

Fotoeffektin I qanununun ifadəsi belədir: metalın səthindən işığın bir saniyədə qopardığı elektronların sayı düşən işığın intensivliyi (düşən fotonların sayı) ilə düz mütənasibdir.

İşığın təsirilə maddədən elektronların qopması hadisəsi  fotoeffekt adlanır.

Fotoeffektin II qanununun ifadəsi belədir: metaldan çıxan elektronların (fotoelektronların) maksimal kinetik enerjisi işığın intensivliyindən asılı olmayıb, düşən işığın intensivliyindən asılıdır.

Fotoeffektin III qanununun ifadəsi belədir: işığın tezliyi (dalğa uzunluğu) baxılan maddə üçün müəyyən qiymətə malik minimum tezlikdən (nmin)  (lmax maksimal dalğa uzunlundan)  kiçik (böyük) olduqda fotoeffekt baş vermir, böyük (kiçik) olduqda isə fotoeffekt baş verir;   nmin  və ya lmax  fotoeffektin qırmızı sərhəddi adlanır.

Atomun Tomson modelinə görə atomun müsbət yükü onun bütün həcmi boyunca bərabər sıxlıqla paylanır və elektronlar həmin müsbət yüklü kürənin daxilində yerləşir.

Atomun Rezerford tərəfindən verilmiş planetar modelinə görə atomun mərkəzində onun demək olar ki, bütün kütləsi və bütün müsbət yükü toplanmış nüvə yerləşir. Elektronlar isə dairəvi orbitlər boyunca nüvənin ətrafında hərəkət edir.

Hiç yorum yok:

Yorum Gönder